Sarri istefaya göndərilə bilər
“Latsio” baş məşqçi Mauritsio Sarrini mövsümün sonunda istefaya göndərə bilər.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Roma təmsilçisinin rəhbərliyi onun işindən razı deyil. Lakin hələlik baş məşqçi ilə bağlı yekun qərarın verilmədiyi bildirilib. Bununla belə, klubun yeni baş məşqçi axtarışında olduğu da qeyd olunub.
“Latsio” hazırda A Seriyasında 40 xalla 8-ci pillədə qərarlaşıb. Sarri 2021-ci il iyun ayından “Latsio”nu çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin