
Sarri La Liqa komandasına rəhbərlik edə bilər
Hazırda işsiz olan italiyalı məşqçi Mauritsio Sarri karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda La Liqada uğursuz çıxış edən “Sevilya” Sarrininin xidmətində maraqlıdır.
65 yaşlı mütəxəssis 2021-ci ildən çalışdırdığı “Latsio”nu mart ayında tərk edib.
İspaniya çempionatının 33 turundan sonra “Sevilya” 38 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin