Sarri ingilis hakimlər haqda: Bu sistemi işlədə biləcək zehniyyətdə deyillər

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Tottenhem”ə 0:1 hesabıyla məğlub olan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis qolun vurulduğu penalti epizodunda oyundankənar vəziyyətin olduğunu deyərək, hakimləri tənqid edib:

“Bir neçə dəqiqə öncə videotəkrar sistemi vasitəsilə (VAR) görüntüləri izlədim. Açıq-aşkar oyundankənar vəziyyətdir, Harri Keyn müdafiəçilərdən irəlidədir. Başıyla və diziylə ofsayd yaradır. İngilis hakimlər bu sistemi işlədə biləcək zehniyyətdə deyillər.

Sistemdən əmin olmasaz belə, topun ayaqdan çıxdığı ana diqqət yetirməlisiz. Həmin an Keynin harda olduğuna baxın. Nə Keynə baxıblar, nə də topa. Məncə, hakimlərin bu sistem üçün çox çalışmaları lazımdır. Premyer Liqada bu sistemdən istifadə olunmur, amma Liqa kubokunda işlədilir. Bu da çox qəribədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button