Sarri ilə Arrisabalaqa arasında nə baş verib?

İngiltərə Liqa kubokunun finalında “Mançester Siti” ilə qarşılaşan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə komandanın qapıçısı Kepa Arrisabalaqa arasında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis matça əlavə olunmuş vaxtda zədələnən qapıçını əvəzləmək istəsə də, qolkiper oyunu davam etdirmək istəyib. Onun bu hərəkəti Sarrini texniki zonada özündən çıxarıb.

Oyundan sonra sosial şəbəkə hesabından açıqlama verən ispaniyalı qapıçı, baş məşqçiylə aralarında anlaşılmazlığın olduğunu bildirib:

“Baş məşqçiyə və onun qərarına hörmətsizlik etmək niyyətim yox idi. Sadəcə, oyunun gedişatında anlaşılmazlıq oldu. Sarri həmin an zədələndiyim üçün oynaya bilməyəcəyimi düşündü, amma mən yaxşı idim. Ona və nüfuzuna hörmət edirəm”.

“Mançester Siti” “Çelsi”ni penaltilər seriyasında məğlub edərək, kubokun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button