
Sarri iki oyunluq cəzalandı
İtaliyanın “Latsio” klubunun baş məşqçisi Mauritsio Sarri iki oyunluq cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
62 yaşlı məşqçi A Seriyasının 3-cü turu çərçivəsində “Milan”a 0:2 hesabıyla uduzduqları oyundan sonrakı davranışlarına görə belə cəzaya layiq bilinib. O, həmin oyundan sonra rəqib futbolçularla münaqişəyə girişdiyi üçün qırmızı vərəqə almışdı.
Sarri cəzalı duruma düşdüyü üçün A Seriyasında “Kalyari” və “Torino”ya qarşı keçirəcəkləri oyunlarda texniki zonada yer ala bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin