Sarri – “Yuventus”, Lempard – “Çelsi”
Cari mövsümün sonunda Mauritsio Sarri ilə yollarını ayıracağı deyilən “Çelsi” baş məşqçi postu üçün namizədlərin axtarışına başlayıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” Sarri ilə yollarını ayırıb, keçmiş futbolçusu Frenk Lempardı komandanın “sükanı arxasına” gətirməyi planlaşdırır.
Bundan başqa, Sarrinin Massimiliano Alleqrini istefaya göndərən “Yuventus”un baş məşqçi namizədləri siyahısında olduğu bildirilir.
Lempard 2001-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin