ÇL: “Mən burada olmaqdan məmnunam” – Sarri
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunun “Atletiko” ilə qarşılaşmasından gözləntisi haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandasından yaxşı nəticə gözlədiyini bildirib:
“Mən komandanın mövsümün əvvəlindəki səhvlərdən qaçaraq təkmilləşməyə davam edəcəyini gözləyirəm. Müsbət nəticə klub üçün önəmlidir. Çempionlar Liqası dünyanın ən vacib klub turniridir və mən burada olmaqdan məmnunam”.
“Latsio” Çempionlar Liqasının qrup mərhələsində “Feyenoord”, “Seltik” və “Atletiko” ilə E qrupunda mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin