Sarri Ançelottinin rekordunu qırdı

“Yuventus” İtaliya A Seriyasının 17-ci turunda “Sampdoriya”nı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş Turin təmsilçisinin baş məşqçisi Mauritsio Sarri üçün əlamətdar olub. Belə ki, “Sampdoriya” zəfəri 60 yaşlı mütəxəssisin İtaliya A Seriyasında 100-cü qələbəsi olub. Sarri bu qələbə sayına 169 oyunda çatıb.

Daha əvvəl “Empoli” və “Napoli”ni çalışdıran Sarri, həm də, 100 qələbə səddinə ən tez çatan baş məşqçi olub. Bundan əvvəlki rekord Karlo Ançelottiyə aid idi. “Parma”, “Yuventus”, “Milan”, “Napoli” kimi komandaları çalışdıran Ançelotti, A Seriyasında 100-cü qələbəsini 185-ci matçında qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button