“Santyaqo Bernabeu”da qazanmaq üçün ideal vaxtdır”

İspaniya millisinin keçmiş müdafiəçisi Xuanfran La Liqanın 23-cü turunda baş tutacaq “Real” – “Atletiko” matçı barədə danışıb.

Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “Atletiko”nun keçmiş oyunçusu Madrid derbisini çox xoş rəqabət adlandırıb:

“Bu, çox xoş rəqabətdir. Hər iki klub hazırda yaxşı vəziyyətdədir. “Santyaqo Bernabeu”da qazanmaq üçün ideal vaxtdır.

Ümid edirəm ki, keçmiş komanda yoldaşlarım bunu dərk edirlər. “Atletiko”nun futbolçuları əla oyun göstərərək qazanacaqlar”.

“Real” – “Atletiko” matçı bu gün, saat 21:30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button