
“Santuşun istefaya göndərilməsi hazırda gündəmdə deyil” -AFFA-nın içraçı vitse-prezidenti
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, federasiya rəsmisi Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun milli komandadakı taleyi ilə bağlı da danışıb:
“Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil. O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin