Santuş: “Qərar verməyimdə bəzi məsələlər önəmli oldu”

Bu gün futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ona etimad göstərən AFFA-ya təşəkkür edib:

“Mənə etimad göstərdikləri üçün AFFA-ya təşəkkür edirəm. Qərar verməyimdə bəzi məsələlər önəmli oldu. Buna nümunə kimi təqdim edilən layihəni göstərmək olar. Bu gün buradayamsa, deməli, rəhbərlik bu layihənin həyata keçirilməsi üçün mənə inanıb. Buna görə şadam.

Oyunlarda əsas məqsəd qələbə qazanmaq olacaq. Bunun üçün yaxşı oynamaq lazımdır. Yığmanın son iki matçına da baxmışam. Daha əvvəl də Bakıya gəlmişəm. Mən statistikaya çox diqqət yetirmirəm. Qol vurmalı və qapımızı toxunulmaz saxlamalıyıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Fanatların stadiona gəlməsi üçün cəlbedici futbol oynamağa çalışacağıq”.

Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button