“Santuş məğlubiyyəti qəbul etməyən mütəxəssisdir” – AFFA rəsmisi
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, federasiya rəsmisi uğurlu iş birliyinə ümid etdiklərini deyib:
“AFFA rəhbərliyi olaraq Santuşa inanırıq. Danışıqlar prosesində onun da bizə inandığının şahidi olduq. Yığmanın müəyyən matçlarına baxıb.
Fernandu Santuşa “xoş gəlmisiz” deyirik və uğurlar arzulayırıq. Milli komanda rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxmalıdır. Santuş da məğlubiyyəti qəbul etməyən mütəxəssisdir”.
Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin