Santuş jurnalistlərin qarşısına çıxacaq

Yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də, Riqadakı “Skonto” stadionunda keçiriləcək Latviya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub.

Komanda az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş sabah jurnalistlərin qarşısına çıxacaq:

6 iyun

Latviya milli komandası
12:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
16:30. Mətbuat konfransı

Azərbaycan milli komandası
18:45. Mətbuat konfransı
19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: tədbirlərin başlama saatı Bakı vaxtı ilə göstərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button