
Santuş: “Haiti zəif rəqib deyil”
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yoldaşlıq oyunlarında qarşılaşacaqları komandalar barədə müzakirələr aparıldığını və sonra qərar verildiyini söyləyib:
“Haiti çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil”.
Santuş “Qəbələ”nin üzvü Şahin Şahniyarovun yığmaya çağırılması ilə bağlı da danışıb:
“Tez-tez aşağı liqanın oyunlarına gedirik. Bir neçə futbolçu diqqətimizi cəlb edib. U-17 Liqasını və əvəzedicilərin çempionatını da izləmişəm. Bu, Azərbaycan millisidir. Birdən-birə aşağı liqadan çox futbolçu cəlb edə bilmərik. Təcrübəli futbolçular da gənclərə kömək etməli və yardımçı olmalıdırlar. Yaşından asılı olmayaraq, yığmanın qapıları hər bir azərbaycanlı futbolçunun üzünə açıqdır. Onlar özlərini göstərəndə dəvət alacaqlar”.
Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq oyunları keçirəcək.
Bizi Facebook-da izləyin



