Santuş: “Hər oyuna qələbə üçün çıxırıq”

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis millinin qarşıdakı oyunlara qələbə üçün çıxacağını vurğulayıb:

“Hər oyuna qələbə üçün çıxırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Amma yeni layihənin başlanğıcındayıq. Gələcəkdə yaxşı olacağına ümid edirəm”.

Noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan üç gün sonra səfərdə İsveçin qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button