
Santuş bir futbolçunun adını protokoldan çıxarıb
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün İslandiya millisi ilə üz-üzə gələcək Azərbaycan yığmasının futbolçusu Şahin Şahniyarovun adı rəsmi protokoldan çıxarılıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Fernandu Santuşun qərarı ilə yarımmüdafiəçi “23”-lükdən kənarda qalıb.
Amma o, yığma ilə birlikdə İslandiyaya yollanıb.
Bu gün keçiriləcək İslandiya – Azərbaycan oyunu saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



