
RƏSMİ: Santuş Azərbaycan millisindən qovuldu
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib:
“Bu gün AFFA-nın İcariyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildi”.
Santuş ötən ilin yayında millimizin baş məşqçisi postuna təyin olunmuşdu.
Millini DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandasının baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Azərbaycan – Ukrayna matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



