Santos Polşa yığmasından istefaya göndərildi
Polşa millisi baş məşqçisi Fernando Santosla yolları ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının saytı məlumat yayıb.
68 yaşlı portuqaliyalı mütəxəssis 2023-cü ilin əvvəlindən komandanı çalışdırırdı. Onun rəhbərliyi altında komanda 6 oyuna çıxıb (3 qələbə, 3 məğlubiyyət).
Polşa millisi Avropa çempionatının seçmə mərhələsində Albaniya (0:2) və Moldovaya (2:3) uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin