“Şansımız yox idi” – Kurban Berdıyev

“Zirə”nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etməyimizə baxmayaraq, işə yaramadı”.

Komanda.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 33-cü turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib:

“Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlarda razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim. Bu xokkey deyil ki, yüz faiz yoxluq özünü göstərsin. Doğrudur, hardasa üstünlük verir. Amma bəzən tam üstünlük olmur. “Zirə” də ağıllı müdafiə olunurdu. Praktiki olaraq, bizim şansımız yox idi. “Araz-Naxçıvan”ın da büdrəməyini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button