“Şansımız hələ də var” – Noyer
Almaniya milli komandasının qapıçısı Manuel Noyer DÇ-2022-nin ikinci turunun İspaniyaya qarşı oyunu (1:1) barədə fikirlərini bildirib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Noyer Almaniya yığmasının pley-off şanslarını dəyərləndirib:
“Çətin oyun oldu. Lakin biz ispanlara qarşı mübarizə apardıq və onların çoxlu şans yaratmasına imkan vermədik. 0:1 hesabı ilə geridə olsaq da, özümüzə inanırdıq. Pley-offa vəsiqə qazanmaq şansımız hələ də var”.
Almaniya yığması DÇ-2022-nin E qrupunda iki turdan sonra 1 xala sahibdir. Onlar sonuncu turda Kosta Rika millisi ilə qarşılaşacaqlar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin