“Şans bizim tərəfimizdə deyildi” – “Neftçi”nin futbolçusu
“Neftçi”nin qapıçısı İvan Brkiç “Zirə” ilə kubok matçı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, xorvatiyalı futbolçu “instaqram” səhifəsində yarımfinal mərhələsindəki məğlubiyyəti qəbul etməyin çətin olduğunu yazıb:
“Bunu qəbul etmək çətindir. Amma biz ən yaxşısını etməyə çalışdıq. Sadəcə bu dəfə şans bizim tərəfimizdə deyildi”.
Yarımfinalın hər iki görüşündə “Zirə” ilə qolsuz heç-heçə edən “Neftçi” penaltilər seriyasında uduzaraq (2:4), kubokla vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin