“Sankt-Polten” çox ciddi və təcrübəli rəqibdir” – “Neftçi”nin baş məşqçisi
“Düşünürəm ki, “Sankt-Polten” çox ciddi və təcrübəli rəqibdir”.
Komanda.az xəbər verir ki, bunu “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Çempionlar Liqasının püşkatması barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
O, Avstriya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinə qədər irəlilədiyini də xatırladıb:
“Ümid edirəm ki, həmin matçlara qədər tam hazır olacağıq. Rəqib güclüdür. Amma futbolda hər şey ola bilər. “Sankt Polten”i təhlil edəcəyik”.
Əsgərov hazırlıq planları barədə də danışıb:
“Növbəti həftədən məşqlər bərpa olunacaq. Komandadan gedənlər də var. Amma yeni transferlər də gerçəkləşdirəcəyik. Ölkə daxilindən və xaricindən oyunçularla danışıqlar gedir. Yaxın günlərdə bu barədə məlumat veriləcək”.
2-ci qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları da yer alıblar. Bakı klubu ilk matçını “Sankt-Polten”ə qarşı keçirəcək. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin