“Bavariya” qələbə qazandı, Noyer razı qalmadı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Olimpiakos”a 3:2 hesabı ilə qalib gələn “Bavariya”nın qapıçısı Manuel Noyer açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper, Münhen təmsilçisinin çox qol buraxmasından şikayətlənib:
“Bu oyunda yenə özümüz üçün hər şeyi çətinləşdirdik. Sanki qələbə qazanacağımıza inamımız yox idi. Öz üzərimizdə çalışmağa davam etməli, oyunumuzu təhlil edib, daha yaxşı çıxış etməyə köklənməliyik. Hazırda “Bavariya”nın problemi odur ki, bir oyunda qalib gəlmək üçün mütləq üç qol vurmalıdır, çünki onsuz da iki qol buraxmağa davam edirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin