
Keçmiş futbolçu Türkiyə çempionatını ələ saldı, Saneni tənqid etdi
Sabiq futbolçu Mario Basler, Leroy Sanenin Türkiyəyə transferindən sonra onu Almaniya millisindən kənarlaşdırmağa çağırıb.
29 yaşlı vinger “Bayern”lə yollarını ayıraraq, “Qalatasaray”la üç illik müqavilə imzalayıb. Razılaşma bu il iyulun 1-dən qüvvəyə minəcək.
Komanda.az xəbər verir ki, almaniyalı sabiq futbolçu “Sport1” kanalında çıxışı zamanı Sanenin bu qərarını kəskin tənqid edib:
“Bu, onun xarakterini göstərir. “Bayern” onun gedişinə sevinməlidir! Sane “Qalatasaray”la beynəlxalq səviyyədə heç bir kubok qazanmayacaq. O, pulları seçdi. Bir futbolçu pulu seçirsə, demək ki, onun xarakteri ilə bağlı sual artıq cavablanıb. Hər şey aydındır”.
Basler həmçinin, baş məşqçi Yulian Naqelsmannı Saneni Almaniya millisinə dəvət etməməyə çağırıb:
“Ümid edirəm ki, Naqelsmann bu qərarı verəcək. Türkiyədə Sane ciddi rəqabət yaşamayacaq. Bu liqa bizim 2-ci Bundesliqa səviyyəsindədir”.
Basler özü futbolçu karyerası zamanı bir mövsüm Qətərin “Əl-Rayyan” klubunda çıxış edib.
Bizi Facebook-da izləyin