
Sanenin nümayəndələri İstanbula gəlib
“Bayern”in vingeri Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu “Qalatasaray”la müddəti 2028-ci ilin iyununa qədər olan müqavilə imzalayacaq. Tərəflər razılaşmanı demək olar ki, yekunlaşdırıblar və yaxın günlərdə rəsmi imzaların atılması gözlənilir.
Hazırda Sanenin nümayəndələri İstanbulda son detalları həll etmək üçün danışıqlar aparırlar.
Almaniyalı futbolçu 2020-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun münhenlilərlə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin