Sanenin “Mançester Siti” xatirələri
“Bayern”in hücumçusu Leroy Sane karyerasının “Mançester Siti” dövrü haqqında danışıb.
Komanda.az “Sport1”-ə istinadən xəbər verir ki, o, İngiltərə təmsilçisinin heyətində çıxış edən bəzi futbolçularla hələ də dostluq etdiyini dilə gətirib:
“Mançester Siti”də əla vaxt keçirdim. Hələ də orada çıxış edən dostlarım var. Bir müddət İlkay Gündoğanla eyni evdə yaşadıq. Onunla dostluğumuz davam edir. Con Stons və Kayl Uolkerlə də yaxşı yola gedirəm”.
Almaniya futbolçu “Orada çıxış etdiyin dövrdə ən unudulmaz xatirən hansı olub” sualını belə cavablandırıb:
“2018-ci ildə “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasını qazanmağımız peşəkar futbolda ilk əhəmiyyətli titulum olub. 100 xalla çempionluğu rəsmiləşdirdik, rekorda imza atdıq. Çox güclü kollektiv idik. Uğurlara can atırdıq”.
Xatırladaq ki, Sane 2016-2020-ci illərdə “şəhərlilər”in formasını geyinib. O, 2020-ci ildən “Bayern”də çıxış edir.
Bizi Facebook-da izləyin