Sanenin “Bayern”dən nə tələb etdiyi bəlli olub

“Bayern”in yarımmüdafiəçisi Leroy Sanenin yeni agentinin Münhen klubu ilə müqaviləsi haqda tələbləri məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu agentini dəyişib və tələblərini də dəyişib. Onun yeni agentləri indi 12 milyon avro qonorar və 3 milyon avro performans bonusu tələb edirlər. Bundan əlavə, onlar yeni müqavilə imzalamaq üçün qonorar almaq istəyirlər. Oyunçu bonusdan imtina variantını nəzərdən keçirmir. Sane bazar dəyərini əks etdirən məbləğ qazanmaq istəyir. “Bayern” nəzərdə tutduğundan çox pul ödəməyə hazır olsa, futbolçu qalacaq, yoxsa, gedə bilər.

Münhen klubu isə öz növbəsində, Sanenin köhnə agenti tərəfindən qəbul edilən təklifini (10 milyon+5 milyon avro, imza bonusu olmadan) yaxşılaşdırmaq niyyətində deyil.

Daha əvvəl tərəflərin müqavilə müddətini 2028-ci ilə qədər uzatmaq barədə razılığa gəldikləri və oyunçunun bonuslar da daxil olmaqla 14-15 milyon avro almağa hazır olduğu bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button