Sane ərəblərin sərfəli təklifinə “yox” deyib

“Bayern”in vingeri Leroy Sane karyerasını davam etdirmək üçün daha bir təklifi rədd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bu dəfə Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə “yox” cavabı verib.

29 yaşlı oyunçuya Avropadan da maraq göstərilir. Ancaq o, yeni müqavilə ilə bağlı danışıqlarda çətinliklər yaşanmasına baxmayaraq, Münhen klubunu tərk etmək niyyətində deyil. Sane “Marsel”in də təklifini cavabsız qoyub.

Onun “Bayern”lə hazırkı müqaviləsinin müddəti bu yay başa çatacaq. O, son vaxtlar agentini dəyişib və bu səbəbdən, klub qarşısında yeni tələblər irəli sürüb. Bu isə danışıqların dalana dirənməsinə səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button