“Bavariya” “İnter”in xorvatını istəyir
Transfer hədəfində olan “Mançester Siti”nin futbolçusu Leroy Sanenin zədələnməsindən sonra yenidən futbolçu axtarışlarına başlayan “Bavariya” axtardığını İtaliyada tapıb.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, “İnter”in futbolçusu İvan Perişiç Münhen təmsilçisinin transfer hədəfindədir. “Bavariya” “neradzurra”nın baş məşqçisi Antonio Kontenin gələcək planlarında yer almayan futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir. “Bavariya”nın futbolçu üçün hərəkətə keçdiyi bildirilir.
2015-ci ildən “İnter”in şərəfini qoruyan 30 yaşlı futbolçunun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin