
Sane Premyer Liqa klubuna təklif olunub
“Bayern”in vingeri Leroy Sane karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti başa çatmaq üzrədir.
Komanda.az “FussballTransfers”-ə istinadən xəbər verir ki, yaxın günlərdə Sanenin xidməti “Tottenhem”ə təklif olunub.
Daha öncə 29 yaşlı futbolçu ilə “Arsenal” və “Çelsi” kimi klubların maraqlandığı bildirilmişdi. Həmçinin, “Nyukasl” da Sane ilə maraqlanan klublar arasında yer alırdı.
Almaniyalı oyunçu əvvəllər də İngiltərədə çıxış edib. O, 2016–2020-ci illər aralığında “Mançester Siti”nin formasını geyinib, daha sonra 49 milyon avro qarşılığında “Bayern”ə transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin