Sane karyerasını İngiltərədə davam etdirə bilər

Almaniya millisinin və “Bayern”in vingeri Leroy Sane karyerasını İngiltərədə davam etdirmək imkanlarına malikdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə Premyer Liqanın bir neçə klubu maraqlanır.

Potensial müştərilər Saneni azad agent kimi əldə etməyi planlaşdırır. Onun Münhen nəhəngi ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

Sane 2020-ci ilin yayından “Bayern”də çıxış edir. O, bu mövsüm 4 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button