
Sane İspaniya klubuna keçə bilər
“Bayern”in və Almaniya millisinin hücumameyilli yarımmüdafiəçisi Leroy Sane karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Barselona” almaniyalı futbolçunun transferində maraqlıdır. “Barsa” ilə yanaşı, İngiltərə Premyer Liqasının bəzi klubları da onu öz sıralarına cəlb etmək istəyir.
Sanenin Münhen nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Onun bazar dəyəri 60 milyon avrodur.
28 yaşlı vinger Bundesliqanın cari mövsümündə 2 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin