Kompanidən “Qalatasaray”a keçən futbolçu haqda açıqlama

“Bayern”in baş məşqçisi Vensan Kompani Münhen klubundan ayrılan yarımmüdafiəçi Leroy Sane haqqında xoş sözlər deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Qalatasaray”a keçən almaniyalı futbolçuya hər şeyin ən yaxşısını arzulayıb:

“Ona müstəsna hörmətim var. Siz kiminləsə geyinmə otağını paylaşdığınız zaman, bunda xüsusi bir şey var. Biz “Mançester Siti”də birlikdə çox şey qazandıq və burada qalib gəlməyə davam etdik. Onunla münasibətim həmişə yaxşı qalacaq. Ona hər şeyin ən yaxşısını arzulayıram”.

“Flamenqo” ilə Klublararası dünya çempionatının 1/8 final matçı (4:2) Leroy Sanenin “Bayern” forması ilə sonuncu oyunu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button