“Heç vaxt deməmişik ki, Sanenin klubda gələcəyi yoxdur” – “Bayern” rəsmisi

“Bayern”in idman direktoru Maks Eberl komandanın vingeri Leroy Sane haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Sanenin dünya səviyyəli oyunçu olduğunu deyib:

“Hoffenhaym”la matçda (5:0) dubl etməsi bizim görmək istədiyimiz Sanedir. Onun “Bayern”dəki gələcəyi? Biz heç vaxt deməmişik ki, onun klubda gələcəyi yoxdur. O, dünya səviyyəli oyunçudur, bunu çox gözəl başa düşür. O, “Hoffenhaym”a qarşı oynadığı kimi oynayırsa, deməli, “Bayern”ə lazım olan oyunçudur”.

29 yaşlı Sane bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button