Sane “Bayern”lə müqaviləni bir şərtlə uzadacaq
“Bayern”in vingeri Leroy Sanenin gələcəyi müzakirə olunur. Çünki onun klubla hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunda bitəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu müqaviləsini uzatmaq və Münhen klubunda qalmaq istəyir. Ancaq bir problem var. O, yalnız illik 20 milyon avro maaş səviyyəsində təklifi qəbul etməyə hazırdır. “Bayern”in təklifi daha aşağı olarsa, Sane digər klubların təkliflərinə açıq olacaq.
28 yaşlı futbolçu ilə “Nyukasl” maraqlanır. O, artıq İngiltərədə – “Mançester Siti”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin