Sane İspaniyanın top-klubuna keçə bilər

“Bayern”in yarımmüdafiəçisi Leroy Sane mövsümün sonunda komandadan ayrıla bilər. Klubla futbolçu arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmayıb.

Komanda.az “sports.yahoo”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu İspaniya La Liqasına yollana bilər. Onun xidmətində “Barselona” maraqlıdır.

Daha əvvəl Sanenin “Mançester Siti”də oynadığı İngiltərə Premyer Liqasına qayıda biləcəyi də bildirilmişdi. Yayda “Bayern”lə yeni müqavilə imzalanmasa, o, azad agent statusu qazanacaq.

Almaniyalı futbolçu cari Bundesliqa mövsümündə 28 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button