Ona klubun yeməkxanasından istifadə qadağan edilib

“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço ilə komandanın baş məşqçisi Erik ten Haq arasında münaqişə hələ də həllini tapmayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçuya klubun yeməkxanasından istifadə etmək qadağan edilib. Sançonun nahar qutusunda yemək aldığı bildirilir.

Sentyabrın 14-də klub rəhbərliyi Ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan edib. Baş məşqçinin yalnız Sançonun ondan və komandadan üzr istəməsi şərti ilə futbolçunu məşqlərə qaytaracağı bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button