Sançonun adı iştirak ərizəsinə niyə salınmır?
“Mançester Yunayted”in vingeri Ceydon Sanço İngiltərə Premyer Liqasının 2-ci turunun “Brayton”la bu gün baş tutacaq oyunu üçün heyətə daxil edilməyib. Bundan əvvəl ingilis futbolçu “Fulhem”lə 1-ci tur oyununda da (1:0) “qırmızı şeytanlar”ın heyətində yer almayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq 24 yaşlı hücumçunun səhhətində yaranan problemlərə görə “Fulhem”lə oyun üçün komandanın heyətində yer almadığını açıqlayıb, həmçinin “qırmızı şeytanlar”ın düşərgəsində rəqabətin güclü olduğunu bildirib.
Bundan əvvəl “Yuventus”un Sanço ilə maraqlandığı barədə məlumatlar yayılmışdı.
“Brayton” – “Mançester Yunayted” matçının start fiti saat 15:30-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin