Sanço keçmiş klubuna qayıtmaq istəyir

“Çelsi”də icarə əsasında çıxış edən Ceydon Sanço yenidən Dortmund “Borussiya”sına qayıtmaq istəyir.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 25 yaşlı vinger Almaniya klubuna transferini təşkil etməyi nümayəndələrindən xahiş edib.

Sanço 2021-ci ildə “Borussiya”dan “Mançester Yunayted”ə keçib və orada heç cür özünü təsdiq edə bilməyib. O, ötən mövsümün ikinci yarısını icarə ilə “Borussiya”da kifayət qədər uğurlu keçirsə də, yayda yenidən icarə əsasında “Çelsi”yə verilib.

İngiltərəli oyunçu karyerası ərzində “Borussiya”nın heyətində 158 oyun keçirib, 53 qol vurub və 64 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button