Sanço İtaliya klubunun təklifini rədd edib

“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço “Roma”ya keçməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu İtaliya klubunun təklifini qəbul etməyib və transferdən imtina edib.

Daha əvvəl “Mançester Yunayted” və “Roma”nın futbolçu üçün 20 milyon funt-sterlinq qarşılığında razılığa gəldiyi bildirilib.

Sanço 2024/25 mövsümündə “Çelsi”də icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button