Sanço məşqlərə başladı
“Mançester Yunayted”in oyunçusu Ceydon Sanço əsas komanda ilə məşqlərə başlayıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, futbolçu ötən il oktyabrından yaşıl meydanlardan uzaq qalıb. O, DÇ-2022-də də mübarizə apara bilməyib.
Ceydon Sanço 2021-ci ildə “Borussiya”dan (Dortmund) “Mançester Yunayted”ə keçib. Futbolçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində İngiltərə Premyer Liqasında 10 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun klubla cari müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin