“Mançester Yunayted”də Sanço müəmması

“Mançester Yunayted”in cinah oyunçusu Ceydon Sanço mövsümöncəsi məşqlərə başlamaq üçün yaxın günlərdə komandanın məşq bazasına gəlməlidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu hələ ki, komanda yoldaşları ilə məşq edib-etməyəcəyini bilmir.

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq ötən mövsümün əvvəlində Sançonu komandanın məşqlərindən uzaqlaşdırıb. 24 yaşlı futbolçu yanvar ayına qədər fərdi çalışıb, sonra isə icarə əsasında Dortmund “Borussiya”sına keçib.

Sançonun bu yay “Mançester Yunayted”dən ayrılacağı gözlənilir. Amma oyunçu üçün hələ ki, alıcı tapılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button