“Borussiya” ingilis futbolçu üçün danışıqlar aparır

Dortmund “Borussiya”sı “Mançester Yunayted”dən yarımmüdafiəçi Ceydon Sançonu almaq niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda klublar mümkün müqavilənin məbləği ilə bağlı danışıqlar aparır. İngilis futbolçu özü də Almaniya klubunda qalmaq istəyir.

“Borussiya” Sançonu 2024-cü ilin yanvarında “Mançester Yunayted”dən icarəyə götürüb.

23 yaşlı yarımmüdafiəçi Dortmund təmsilçisində 8 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button