
Sanço İtaliya klubuna keçmək istəyir
“Mançester Yunayted”in vingeri Ceydon Sanço karyerasını İtaliya A Seriyasının top-klubu “Yuventus”da davam etdirməkdə maraqlıdır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu Turin təmsilçisinə keçidə müsbət yanaşır.
“Qırmızı şeytanlar” artıq Sançonu 25 milyon funt sterlinqə (təxminən 29 milyon avro) satışa çıxarıb. Klub onu satmaqda maraqlıdır, ancaq yüksək maaş tələbləri səbəbindən 25 yaşlı oyunçunun icarəyə verilməsi variantı da istisna edilmir.
Sanço son mövsümü “Çelsi”də icarədə keçirmişdi. London klubu onun transfer hüququnu almaqdan imtina edərək, cərimə ödəmək bahasına da olsa, onu “Mançester Yunayted”ə qaytarmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



