Ten Haqın qəzəbinə tuş gələn futbolçuya İtaliyadan “elçi”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Ceydon Sanço karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingilis futbolçu üçün “Yuventus” mübarizə aparır. İtaliya klubu yarımmüdafiəçini yanvarda icarəyə götürmək, yayda isə birdəfəlik transfer etmək istəyir.
Sentyabrın 14-də “Mançester Yunayted” baş məşqçi Erik ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan edib. Baş məşqçi yalnız Sanço ondan və komandadan üzr istəsə, futbolçunu komandaya qaytarmağa hazır olduğunu bildirib. Lakin 23 yaşlı yarımmüdafiəçi komanda yoldaşlarının xahişinə baxmayaraq, üzr istəməkdən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin