Baş məşqçi ilə futbolçunu barışdırmaq cəhdi alınmadı
Peşəkar Futbolçular Assosiasiyası (PFA) “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq və hücumçu Ceydon Sanço arasında baş verən mübahisənin həllinə kömək etməyi təklif edib.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Sançonun komanda yoldaşları onu baş məşqçidən üzr istəmək üçün həvəsləndirsələr də, ingilis futbolçu bundan imtina edib.
Sentyabrın 14-də “Mançester Yunayted” Erik ten Haqla münaqişədən sonra 23 yaşlı hücumçunun əsas komanda ilə məşqini dayandırdığını elan edib. Baş məşqçinin yalnız Sançonu ondan üzr istəməsi şərti ilə məşqlərə qaytarmağa hazır olduğu bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin