MY futbolçusunu “Çelsi”yə satacaq
“Mançester Yunayted”in oyunçusu Ceydon Sanço “Çelsi”nin futbolçusu olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçu müəyyən şərtlərlə almaq öhdəliyi ilə cari mövsümün sonuna qədər London klubuna icarəyə verilib. O, daimi olaraq “Çelsi”yə keçəcək və transfer dəyəri 25 milyon funt sterlinq (təxminən 30 milyon avro) olacaq. Bu, son məbləğdir. “Çelsi” oyunçunun real qiymətinin daha yüksək olduğuna əmindir, ona görə də, müqavilədən razıdır.
Sanço bu mövsüm 12 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin