Sanço “Çelsi”də qalacaq? – Baş məşqçi açıqladı

“Çelsi”nin baş məşqçisi Enzo Mareska “Mançester Yunayted”dən icarəyə götürülən cinah yarımmüdafiəçisi Ceydon Sançonun klubdakı gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Sançodan razı qaldığını deyib:

“Komandadakı bütün oyunçulardan razıyam. İndi bütün fikirlərimiz mövsümü uğurla başa vurmaqdır.

Sanço? Baxaq, yayda nə baş verəcək. Bir daha deyirəm, bütün oyunçularımızdan razıyam”.

Sanço “zadəganlar”ın heyətində 28 matçda iştirak edib.

“Çelsi” 29 turdan sonra Premyer Liqanın turnir cədvəlində dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button