“Burada özümü rahat hiss edirəm” – Sanço

“Çelsi”nin vingeri Ceydon Sanço Premyer Liqanın 4-cü turunda “Bornmut”la matçdakı debütünü şərh edib. Londonlular Kristofer Nkunkunun qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ingiltərəli futbolçu burada özünü rahat hiss etdiyini bildirib:

“Çelsi”də debüt etmək inanılmaz hissdir. Yaxşı çıxış etdik və üç xal qazandıq. Bu şansı əldə etdiyim üçün çox çalışdım. Burada özümü rahat hiss edirəm”.

“Çelsi” Sançonu cari mövsümün sonuna kimi “Mançester Yunayted”dən icarəyə götürüb. 24 yaşlı yarımmüdafiəçi ötən mövsümü Dortmund “Borussiya”sında icarə əsasında keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button