Sanço “Mançester Yunayted”ə qayıtmaq istəmir
Dortmund “Borussiya”sının hücumçusu Ceydon Sanço komandadakı mövqeyindən razıdır və “Mançester Yunayted”ə qayıtmaq fikrində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın potensial istefası da futbolçunun qərarına təsir etməyəcək.
“Borussiya” Sançonu 2024-cü ilin yanvarında icarəyə götürüb. 24 yaşlı ingiltərəli futbolçu cari mövsümdə 14 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin